Bakıda güləş üzrə Beynəlxalq turnir başlayıb

Bakıda güləş üzrə Beynəlxalq turnir başlayıb
13:19 16 Yanvar 2015
112 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində yeniyetmələr arasında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə sayca 18-ci Beynəlxalq turnir başlayıb.
AzərTAc xəbər verir ki, turnir Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, 10 çəki dərəcəsi üzrə keçirilən yarışda 1998-2000-ci illər təvəllüdlü idmançılar mübarizə aparırlar.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də iştirak edirlər.
Yarışın ilk günündə sərbəst güləşçilər mübarizə aparırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_gules_uzre_Beynelxalq_turnir_baslayib-825231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR