Əl-ələ tutmuş şəkildə tapılan skeletlərin sirri çözüldü - Fotolar

2011-ci ildə İtaliyanın Modena şəhərində aparılan qazıntılarda ortaya çıxan əl ələ tutmuş skeletlərin nə zaman yaşadıqlarını ortaya çıxarmaq üçün elm adamları yüksək texnologiya ilə diş minasındakı proteinləri araşdırıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, bu günə qədər sevgili "qadın və kişi" olduğu düşünülən və "Modenalı aşiqlar" olaraq adlandırılan skeletlərin həqiqəti başqa imiş.

Diş minasındakı proteindən istifadə edərək cinsiyyəti müəyyən edən texnologiya sayəsində skeletlərin iki kişiyə aid olduğu müəyyən olunub. 4-6-cı əsrə aid olduğu düşünülən skeletlərin aid olduğu şəxslər arasındakı münasibət arxeoloqlara görə hələ də sirrini qoruyur.

Araşdırma komandasından Federico Lugli verdiyi açıqlamada bu iki kişinin qardaş, qohum və ya birlikdə savaşarkən həlak olmuş iki əsgər ola biləcəyini bildirib.

Bologna Universitetindən araşdırmaçılar da tapıntılar sayəsində həmin dövrdə İtaliyadakı dəfn işlərinə dair ətraflı məlumat əldə edə biləcəklərini bildiriblər.

El ele tutuşmuş halde bulunmuşlardı! İskeletlerin sırrı ortaya çıktı

El ele tutuşmuş halde bulunmuşlardı! İskeletlerin sırrı ortaya çıktı


El ele tutuşmuş halde bulunmuşlardı! İskeletlerin sırrı ortaya çıktı

https://metbuat.az/news/1253885/genc-qizin-yaddasi-2-saatda-bir-yenilenir.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR