Dini ayin zamanı faciə baş verdi - Ən az 11 ölü

Hindistanda dini ayin zamanı faci baş verib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Bopal şəhərində göldə keçirilən ayində qayığın içinə yerləşdirilən Hindu tanrısı "Qaneşa"nın heykəli suya batırıldığı zaman qayıq aşıb. hadisə nəticəsində 11 nəfər ölüb.

Qəzanın ardından 11 cəsədin göldən çıxarıldığı, 6 nəfərin isə xilas edildiyini bildirən polis axtarışların davam edtiyini açıqlayıb. ölənlərin yaxınlarına təzminat veriləcəyi deyilib.

Qeyd edək ki, bu ayin hər il Hindistanda təkrarlanır. Ayinə görə, insanlar "Qaneşa"ya dua etdikdən sonra onu göldə batırırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR