Qəbələli şagirdlər dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsini həvəslə öyrənirlər

13:20 16 Yanvar 2015
144 Ölkə
Ölkə mətbuatı
A- A+


Qəbələ, 16 yanvar, Şahnəzər Bəşirov, AzərTAc 
Qəbələ rayonunun orta ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdən kənar vaxtlarda müstəqil Azərbaycan Respublikasının tarixinə aid “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur”, “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında iki akademik saat həcmində dərslər tədris olunur.
AzərTAc xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində tədris olunan növbəti dərslərdə cədvələ uyğun olaraq rayonun Soltannuxa kənd tam orta məktəbindən 20, Böyük Pirəli kənd tam orta məktəbindən 23, şəhər 5 nömrəli tam orta məktəbindən 41 şagird iştirak edib.
Açıq dərslərdə orta məktəblərin tarix müəllimləri şagirdlərə seçilmiş mövzular üzrə ölkəmizdə dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı və gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneələr və çətinliklərin dəf olunması, respublikada siyasi sabitliyin və iqtisadi dirçəlişin təmin edilməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında geniş məlumatlar veriblər.
Şagirdlərə ulu öndər Heydər Əliyevin fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlər göstərilib, onların sualları cavablandırılıb.
Qəbələli şagirdlər dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsini həvəslə öyrəndiklərini bildiriblər. Onlar Ulu Öndərin hər kəsə nümunə olan həyat və fəaliyyətini dərindən dərk etməyə çalışdıqlarını və bunun onlara işıqlı bir gələcək təmin edəcəyinə əminliklərini bildiriblər.
Qeyd edək ki, may ayınadək həftədə iki dəfə keçiriləcək açıq dərslərdə rayonun orta məktəblərindən 900-ə yaxın XI sinif şagirdinin iştirakı nəzərdə tutulur. Bu günədək dərslərdə 350-dən çox şagird iştirak edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR