İspaniyada güclü yağışlar səbəbindən 4 nəfər ölüb

İspaniyada güclü yağışlar 4 nəfərin həyatına son qoyub.

Metbuat.az-ın İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, güclü yağışlar səbəbindən Əndəlüs, Almeriya və Kastiliya-La-Manç vilayətlərində ümumilikdə 4 nəfər həyatını itirib.

İspaniya Dövlət Meteorologiya Agentliyi bir neçə vilayətdə güclü yağış və külək səbəbi ilə xəbərdarlıq edib, bəzi yaşayış məntəqələrində ən yüksək – qırmızı təhlükə səviyyəsi elan olunub.

Güclü leysan yağışları yolların bağlanmasına, dəmir yolu nəqliyyatının fəaliyyətinin qismən məhdudlaşmasına səbəb olub. / APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR