Rusiya ordusu 8 ölkə ilə birgə irimiqyaslı HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIR

Rusiya ordusu 8 ölkə ilə birgə irimiqyaslı hərbi təlimlərə hazırlaşır.

Metbuat.az CNN-ə istinadən xəbər verir ki, “Tsentr-2019” adlı hərbi təlimlər sentyabr ayının 16-da başlayacaq və 5 gün davam edəcək. Məşqlər Orenburq, Çelyabinsk, Altay və Kemerovo vilayətlərində keçiriləcək. Təlimlərə 128 min hərbçi, 20 mindən çox döyüş texnikası, o cümlədən 600 təyyarə və pilotsuz uçuş aparatları, zirehli texnikalar cəlb ediləcək.

Təlimlər beynəlxalq terrorizmə mübarizədə koordinasiyanın gücləndirilməsi və Mərkəzi Asiyada təhlükəsizliyin qorunması məqsədini daşıyır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR