Çimərlik futbolu üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb

13:20 16 Yanvar 2015
105 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
AFFA-dan AzərTAc-a bildiriblər ki, millimiz Macarıstan yığması ilə qarşılaşıb. Qarşılaşma 5:2 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb.
Macarıstan yığmasının qapısından topları Elvin Quliyev, Sabir Allahquliyev, Orxan Məmmədov, Zeynal Zeynalov və Renat Sultanov keçiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHimerlik_futbolu_uzre_Azerbaycan_millisi_yoldasliq_gorusunde_qelebe_qazanib-825222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR