Falkao "Qalatasaray"a qələbə qazandırdı

Türkiyə Superliqasında 4-cü tura start verilib.

Metbuat.az-ın Qol.az-a istinadən məlumatına görə, ilk oyun günündə 1 matç keçirilib. Son çempion "Qalatasaray" doğma meydanda "Kasımpaşa" ilə qarşılaşıb. Görüş "Cim-Bom"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray" - "Kasımpaşa" - 1:0
Qol:
Falkao, 38

Bu qələbə ilə xalını 7-yə yüksəldən Fatih Terimin komandası turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Kasımpaşa" isə 1 xalla 17-ci pillədə qalıb.

Turnir cədvəlinə 9 xalla "Alanyaspor" başçılıq edir. "Fənərbaxça" 7 xalla 2-ci, "Denizlispor" eyni xalla 3-cüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR