Ötən il Azərbaycanda baş verən yol qəzalarında 87 uşaq ölüb, 242 uşaq xəsarət alıb

13:22 16 Yanvar 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 13:12 ]

Sərnişin avtobuslarının iştirakı ilə 78 yol qəzası qeydə alınıb

Bakı. Fuad Cəfərov - APA. Ötən il Azərbaycanda sərnişin avtobusları 78 qəza törədib. Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin əməkdaşı Namidan Piriyevin APA-ya verdiyi məlumata görə, ötən il ölkə ərazisində piyadaların vurulması ilə nəticələnən 988 yol qəzası baş verib. Nəticədə 373 nəfər ölüb, 696 nəfər xəsarət alıb.

 

N. Piriyev həmçinin bildirib ki, ötən il baş verən qəzalarda 87 uşaq dünyasını dəyişib, 242 uşaq isə yaralanıb.

 

Hesabat dövründə sərxoş sürücülər tərəfindən 55 yol qəzası törədilib. Nəticədə 31 nəfər ölüb, 65 nəfər yaralanıb.

 

Ötən il sərnişin avtobuslarının iştirakı ilə 78 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 36 nəfər həyatını itirib, 81 nəfər isə xəsarət alıb.

 

Surət həddinin aşılması səbəbindən 2014-cü ildə 741 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bunun nəticəsində 378 nəfər ölüb, 606 nəfər isə yaralanıb.

 

Ötən il yük maşınları 159 qəza törədib. Həmin qəzalarda 64 nəfər ölüb, 163 nəfər xəsarət alıb.

 

Ötmə və manevr etmə qaydasının pozulması səbəbində hesabat dövründə 872 yol qəzası baş verib. Nəticədə 349 nəfər ölüb, 1060 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR