Afətə min şükür - Koreyalı qız Röyanın mahnısını it gününə qoydu - VİDEO

Afətə min şükür - Koreyalı qız Röyanın mahnısını it gününə qoydu - VİDEO
11:32 15 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Koreyalı müğənni Qod Ci Azərbaycanın əməkdar artostləri Röya AyxanMiri Yusifin "Səndən bir dənədir" hitini azərbaycanca ifa edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, müğənni bu mahnını özünün YouTube sosial şəbəkəsindəki səhifəsində yayıb. Müğənni bir müddət Azərbaycanda yaşayıb və təhsil alıb. O, burada Azərbaycan dilini də öyrənməyə nail olub.

Koreyaya qayıdan qız orada koreyalılar üçün Azərbaycan mahnılarını ifa etmək qərarına gəlib. Qızın Azərbaycandan olan izləyiciləri onun ifasından zövq alıblar.

Qod Cinin ifasında bu mahnını 70 mindən çox YouTube izləyicisi dinləyib.

Xatırladaq ki, bu kompozisiya 2016-cı ildə dinləyicilərə təqdim edilib. Mahnının sözlərini Miri Yusif yazıb, musiqisini isə Kamil Əhmədbəyli və Tural Əliyev bəstələyib.

Müqayisə üçün kompozisiyanın orijinal versiyasını da azərbaycanlı müğənnilərin ifasında təqdim edirik.

Qeyd edək ki, Miri Yusif və Röyanın ifasında bu mahnının rəsmən yayımlanmış versiyasını 19,5 milyon izləyici dinləyib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/786304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR