Bakıda Belçika vətəndaşını qarət edənlərə hökm oxundu

Bakıda Belçika vətəndaşını qarət edənlərə hökm oxundu
13:23 16 Yanvar 2015
110 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Anar Əliyev/

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon sakini, 1989-cu il təvəllüdlü Urşan Əzizov və Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Elnur u Süleymanovun məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 6 il 6 ay cəza kəsilib.

Qeyd edək ki, Urşan Əzizov tanışı Elnur Süleymanovla əlbir olaraq 2014-cü il, sentyabr ayının 6-da gecə saatlarında Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısından Belçika vətəndaşı Filip Raul Jozef Qışlan Koleti təqib ediblər.

Bakı Dövlət Sirkinin qarşısında xarici vətəndaşa yaxınlaşan dostlar onun cibindən pul qabını oğurlayaraq aradan çıxıblar. Pul kisəsinin içindəki cəmi 25 manat olan pulu götürəndən sonra izi itirmək məqsədilə sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, tibbi sığorta kartı, Azərbaycan Beynəlxalq Bankına və Belçika bankına məxsus kredit kartları olan sənədləri kanalizasiya quyusuna atıblar.

Hadisədən 12 gün sonra polis əməkdaşları Urşan Əzizovu və Elnur Süleymanovu saxlayıblar. Polis bölməsinə aparılan dostların üzərinə baxış keçirilib. Urşan Əzizovdan 24,842 qram, Elnur Süleymanovdan isə 37,627 qram tiryək aşkar edilərək götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR