Paytaxtda daha 25 dilənçi saxlanılıb

Paytaxtda daha 25 dilənçi saxlanılıb
13:23 16 Yanvar 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi 16-cı, 17-ci və 18-ci Polis Bölməsi və Suraxanı rayon Polis İdarəsi əməkdaşları tərəfindən dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb. Onlara xəbərdarlıq edildikdən sonra buraxılıblar. Saxlanılanlardan 5-i kişi, 11-i qadın, 9-u azyaşlı olub.

Qeyd edək ki, 2015-ci ildə Bakı polisi tərəfindən artıq 200-dən çox şəxs avara və dilənçi həyat tərzi sürdüklərinə saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2354023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR