Soyunma otağında qadının çılpaq videosunu çəkən: "Elə bildim, dostumdu" — FOTO

Soyunma otağında qadının çılpaq videosunu çəkən müəzzin: “Elə bildim, dostumdu”

Türkiyənin Bursa şəhərində maraqlı olay yaşanıb.

Metbuat.az xəbər verir ki, Yusif adlı müəzzin ticarət mərkəzində yerləşən mağazaların birində soyunma otağında qadının videosunu çəkib.

Qadın açıqlamasında deyir: “Bir paltarı yoxlamaq üçün soyunma otaqlarından birinə girdim. Soyunduğum zaman başımın üzərində bir telefon olduğunun fərqinə vardım. Qışqırdım və tez əynimi geyinməyə başladım. Çölə çıxıb qaçan müəzzini izlədim və onu tutanda mənə dedi ki, şeytana uyub, çox utanır”.

Olayda təqsirləndirilən müəzzin isə açıqlamasında deyib ki, o, otaqda yaxın bir dostu olduğunu zənn edib və tək məqsədi zarafatlaşmaq olub: “Mən sadəcə yaxın bir dostumun səsini eşitdiyimi zənn etdim. Onla zarafatlaşmaq istədim, lakin qadın qışqıranda səhv etdiyimi anladım və oradan uzaqlaşmağa çalışdım. Lakin polislər məni yaxaladı. Çox peşmanam, etməməliydim”.

Olay yerindən qaçmağa çalışan Yusif polislər tərəfindən yaxalanıb. Telefonuna baxıldığı zaman, bir neçə fərqli insanın çılpaq videosunun olduğunu görüblər. Bundan sonra təqsirləndirilən şəxs həbs edilib.


(Primetime.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR