“KamAZ”la “Mercedes” toqquşdu: sərnişin ön şüşədən çölə düşüb öldü

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə bu gecə Bakı-Qazax avtomagistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə, “Mercedes”də olan Bakı sakini, 1958-ci il təvəllüdlü Atakişiyev Əyyub Teyyub oğlu zərbənin gücündən ön şüşədən yola düşüb.

Bu zaman digər avtomobil onun ayaqlarının üstündən keçib. Ə.Atakişiyev hadisə yerində ölüb. Maşında olan digər iki nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR