"Ərdoğan alqışlayır, Avropa Birliyi rəqs edir" - Yunanıstan mediası təşviş içində

Şimali Aralıq dənizində 3 gəmisi və onları izləyən hərbi gəmilərlə bölgədəki haqqını qoruyan Türkiyə Yunanıstanı sıxışdırmış vəziyyətdədir. Türkiyənin beynəlxalq hüququ pozmadan atdığı bu addımlar Yunanıstan mediası ilə Avropanı qarşı-qarşıya gətirib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Yunanıstanın "ProNews" xəbər agentliyi Aralıq dənizindəki hidrokarbon mövzusunda Türkiyəyə Avropa Birliyinin sanksiya tətbiq etməsi ilə bağlı "Türkiyə üçün Avropa Birliyi" başlıqlı xəbər yayımlayıb.

bərdə bildirirlir ki, "super güc” olduğu deyilən AB Ərdoğanın enerji və miqrant siyasətinə müsbət yanaşır. Kiprə aid olan iqtisadi bölgə mövzusunda AB nəinki Türkiyəyə sanksiyalar tətbiq etməyi düşünür, Türkiyə ilə mübahisəyə belə girmir.

Xəbərdə həmçinin qeyd edilib ki, Yunanıstan Baş naziri Kiryakos Miçotakis BMT iclası çərçivəsində Ərdoğanla “Türkiyədəki miqrantlar üçün təmin edilən fondun genişləndirilməsi” məsələsində görüş keçirməyin təlaşındadır: “Qısası, Ərdoğan alqışlayır, AB rəqs edir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR