Bakıda belçikalını soyanlara 13 il həbs

Bakıda belçikalını soyanlara 13 il həbs
13:24 16 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən Bakı şəhər sakinləri Urşan Əzizov və Elnur Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə hər iki şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd edək ki, Urşan Əzizov tanışı Elnur Süleymanovla əlbir olaraq 2014-cü il, sentyabr ayının 6-da gecə saatlarında Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısından Belçika vətəndaşı Filip Raul Jozef Qışlan Koleti təqib ediblər. Bakı Dövlət Sirkinin qarşısında xarici vətəndaşa yaxınlaşan dostlar onun cibindən pul qabını oğurlayaraq aradan çıxıblar. Pul kisəsinin içindəki cəmi 25 manat olan pulu götürəndən sonra izi itirmək məqsədilə sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, tibbi sığorta kartı, Azərbaycan Beynəlxalq Bankına və Belçika bankına məxsus kredit kartları olan sənədləri kanalizasiya quyusuna atıblar. Hadisədən 12 gün sonra polis əməkdaşları Urşan Əzizovu və Elnur Süleymanovu saxlayıblar. Polis bölməsinə aparılan dostların üzərinə baxış keçirilib. U.Əzizovdan 24,842 qram, E.Süleymanovdan isə 37,627 qram tiryək aşkar edilərək götürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR