Bu gün Ankarada "3-lü Zirvə" başlayır - Suriya müzakirə ediləcək

Suriyada kritik vəziyyətin hökm sürdüyü günlərdə Türkiyənin paytaxtı Ankarada 3-lü Suriya Zirvəsi keçiriləcək. Zirvə çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani bir araya gələcəklər.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu gün başlayacaq görüşlərdə əvvəlcə prezidentlər arasında ikili görüşlər keçiriləcək. Sonra isə Suriya Zirvəsi start götürəcək. Zirvənin əsas müzakirə mövzusu isə İdlib məsələsi olacaq. Türkiyə bəyan edir ki, rejim gücləri və Rusiyanın hücumları nəticəsində 1 milyon insanın Türkiyə sərhəddinə çəkildiyi İdlibdə qısamüddətli atəşkəs təmin edilməsi mümkün deyil və əsil məqsəd qalıcı atəşkəsin təmin olunmasıdır.

Zirvədə Suriya problemindən başqa həmçinin Türkiyə ilə ABŞ arasında qurulması planlanan təhlükəsiz bölgə və bununla bağlı aparılan işlər müzakirə ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR