Şumaxer xəstəxanadan evə buraxıldı

Şumaxer xəstəxanadan evə buraxıldı
13:12 16 Sentyabr 2019
117 İdman
Ölkə mətbuatı
A- A+

"Formula-1" üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer Paris xəstəxanasından buraxılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalının efirində fransız jurnalist Jan-Mişel Dekyuji məlumat verib.

Jurnalistin məlumatına əsasən, Şumaxer sentyabrın 11-dən 12-ə keçən gecə xəstəxananı tərk edib. Jan-Mişel əlavə edib ki, idmançının müalicəsi gizli saxlanılır:

"Bizdə olan məlumata əsasən, Şumaxerə beyni də daxil olmaqla, bütün orqanizminə müsbət təsir edəcək hüceyrələr əlavə edilmiş qan köçürülüb".

Qeyd edək ki, məşhur pilotun xəstəxanaya yerləşdirilməsi barədə sentyabrın 9-da məlumat yayılıb. Onu Paris xəstəxanalarının birinin kardiologiya şöbəsinə yerləşdiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/786531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR