Taksi sürücüsü qadın sərnişini vəhşicəsinə döydü - VİDEO

Taksi sürücüsü qadın sərnişini vəhşicəsinə döydü - VİDEO
13:17 16 Sentyabr 2019
125 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Bolu vilayətində taksi sürücüsü qadın sərnişini döyüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident ötən axşam Koroğlu məhəlləsi Uğur Mumcu parkı qovşağı istiqamətində qeydə alınıb.

Məlumata görə, qadın sərnişin mindiyi taksinin sürücüsünə əsəbiləşərək aşağı enib və maşının yan şüşəsini qırıb. Bundan sonra qadının hərəkətlərinə hirslənən sürücü onu şillə-təpiklə döyməyə başlayıb. Vəziyyəti görən avtobusdakı bir neçə şəxs davaya müdaxilə edərək onları ayırıblar. Daha sonra tərəflər polis çağıraraq bir-birindən şikayətçi olublar.

O anlar isə bir vətəndaş tərəfindən mobil telefon vasitəsilə çəkilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/786490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR