"Gözləyirik və silahlarımız doludur" - Trampdan açıqlama

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına aid "Aramco" şirkətinin təsislərinin Husilər tərəfindən vurulmasına dair münasibət bildirib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, özünün "Tvitter" hesabından açıqlama verən Tramp bunları qeyd edib:

"Səudiyyə ərəbistanının neft bögləsi hücumə məruz qaldı. Cinayətkarların kim olduğuna inanmaq üçün səbəbimiz var, təsdiq lazım olduğu üçün dayanmışıq və silahlarımız doludur. Fəqət, Krallıqdan bu hücumun təşkilatçısının kim olduğunu eşitməyi gözləyirik".

Tramp həmçinin qeyd edib ki, sözügedən təsislərə hücum edilməsindən sonra ABŞ-da neft bazarında hər hansı bir dalğalanma olmaması üçün ehtiyat stoklardan ehtiyac olduğu qədər istifadə edilə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR