Məktəbin tavanı dərs zamanı çökdü - FOTO

Goranboy rayonunda orta məktəbin tavanı dərs zamanı çöküb.

Metbuat.az-ın verdiyi məlumata görə, hadisə rayonun Boluslu kəndində yerləşən orta məktəbdə baş verib.

Belə ki, səhər saatlarında 2-ci siniflərin ilk dərsə başladığı zaman sinif otağının tavanı uçub.

Hündürlükdən tökülən torpaq qatı nəticəsində sinif otağını toz bürüyüb.

Xoşbəxtlikdən hadisə baş verən zaman şagirdlərdən xəsarət alan olmayıb. (baku.ws)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR