“Beşinci element” bitib?

“Beşinci element” bitib?
14:22 16 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

ATV-də yayımlanan "Beşinci element" proqramının bitməsi barədə məlumatlar yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna zəmin yaradan isə verilişin aparıcıları Ranar Musayevin və Hüsniyə Məhərrəmovanın AzTV kanalına keçməsi ilə əlaqədardır.

Digər səbəb kimi isə verilişin anonsunun yayımlanmaması göstərilir.

Əldə etdiyimiz məlumata görə, yaradıcı komanda əvvəlcə verilişi əvvəlcə yekunlaşdırmaq istəsə də, sonradan davam etmək qərarına gəlib.

Belə ki, proqram oktyabrın sonlarına yaxın beşinci mövsümü ilə start götürəcək.

Qeyd edək ki, Hüsniyə Məhərrəmova eyni zamanda AzTV-də "BirAzTV" verilişinin aparıcılığını, Ranar Musayev isə dövlət televiziyasındakı vəzifəsini icra edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/786464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR