Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında bir dəqiqəlik sükut elan olunacaq

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında bir dəqiqəlik sükut elan olunacaq
14:22 16 Sentyabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ötən həftə vəfat edən sabiq prezidenti Bruno Qrandinin xatirəsi Bakıda anılacaq.
“Report” xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında reallaşacaq bədii gimnastika üzrə dünya çempionatının Açılış mərasimi zamanı 86 yaşında ölən italiyalı funksionerin xatirəsinə 1 dəqiqəlik sükut elan olunacaq.
Qrandi 1997-ci ildən 2016-cı ilə qədər FIG-in rəhbəri olub.
Qeyd edək ki, bu gün start götürən mundiala sentyabrın 22-də yekun vurulacaq. Açılış mərasimi saat 20:00-da başlayacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/bakida-kecirilen-bedii-gimnastika-uzre-dunya-cempionatinda-bir-deqiqelik-sukut-elan-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR