Məşhurların olduğu təyyarə QƏZAYA UĞRADI - Çox sayda ölü və yaralı var - VİDEO

Kolumbiyada təyyarə qəzası baş verib.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, "Piper PA-31-350" tipli təyyarə idarəetmədən çıxaraq, yaşayış evlərinin üzərinə düşüb.

Qəza nəticəsində 8 nəfər həyatını itirib. 1-i uşaq olmaqla 3 nəfər xəsarət alıb. Yaralılardan biri qəza zamanı yaxınlıqda olan 10 yaşlı uşaq olub. Xəstəxanaya yerləşdirilənlərdən ikisinin vəziyyəti ağırdır. Yerli mənbələrin iddiasına görə, kiçik layner yerli şirkətə məxsus olub. Qəza nəticəsində yaşayış evlərinə də ciddi ziyan dəyib. Zərbənin təsirindən laynerin hissələri ətrafa səpələnib.

Sərnişinlərin kimliyi barədə rəsmi məlumat olmasa da, media onların arasında iki yerli məşhur idmançının olduğunu iddia edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR