Azərbaycanda 79 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi

Azərbaycanda 79 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi
14:27 16 Sentyabr 2019
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 79 861 körpə doğulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb.

Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1844-ü əkiz, 48-i isə üçəmdir.

Ümumilikdə, ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 46417 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il avqust ayının 1-i vəziyyətinə 10027874 nəfərə çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/786515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR