Bakıda binaların dam örtükləri təmir olunur

Bakıda binaların dam örtükləri təmir olunur
14:47 16 Sentyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində qışa hazırlıq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, blokların təmiri işləri davam edir.
Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən "Report"a verilən məlumata görə Prezident İlham Əliyevin çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tapşırığının icrası və həmçinin paytaxtda payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planına əsasən, hazırda Xəzər rayonun təmirə ehtiyacı olan dam örtükləri olan binalar müəyyən edilərək yay aylarından etibarən mərhələli şəkildə onların təmirinə başlanılıb. 
İşlər çərçivəsində binaların dam örtükləri dəyişdirilir, həmçinin bloklarda pəncərələrin şüşələri salınır, giriş qapıları təmir olunur.
Xəzər rayonunda bu işlər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamenti və Xəzər Rayon İcra Hakimiyyətinin struktur bölmələri tərəfindən həyata keçirilir.




Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bakida-binalarin-dam-ortukleri-temir-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR