Azərbaycanda qar yağacaq

Azərbaycanda qar yağacaq
13:26 16 Yanvar 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi əsənəcək.

Temperaturun gecə 1-3, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 17-də rayonlarda da havanın arabir yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR