Azərbaycan avtomobil idxalını 90% artırıb

Azərbaycan avtomobil idxalını 90% artırıb
16:12 16 Sentyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 26 695 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 661 ədəd və yaxud 90% çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 146 ədəd və ya 2,5 dəfə artaraq 246 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 11 563 ədəd və ya 92% artaraq 24 088 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 938 ədəd və ya 69,8% artaraq 2 262 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 22 ədəd və ya 28,6% artaraq 99 ədəd olub.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-avtomobil-idxalini-90-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR