Xələf Xələfov və Kristina Marti Lanq arasında telefon danışığı olub

Xələf Xələfov və Kristina Marti Lanq arasında telefon danışığı olub
23:50 16 Sentyabr 2019
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

16 sentyabr tarixində Xarici İşlər nazirinin müavini Xələf Xələfov və İsveçrə Konfederasiyasının Xarici İşlər Departamentinin dövlət katibinin müavini xanım Kristina Marti Lanq arasında telefon danışığı baş tutub.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Telefon söhbəti zamanı, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilmiş, əlaqələrin hazırkı vəziyyəti təhlil olunmuş və gündəlikdə duran cari məsələlər, qarşılıqlı səfərlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafından, Bretton Vudz təsisatlarında əməkdaşlıqdan məmnunluq ifadə etmiş və əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulamışlar. İki ölkə arasında xüsusilə də iqtisadiyyat və ətraf mühitin qorunması sahələrində, habelə peşə təhsili üzrə əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

X.Xələfov həmsöhbətinə ölkəmizdə aparılan islahatlar haqqında ətraflı məlumat verib.

Söhbət zamanı həmçinin Azərbaycan və İsveçrə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3119457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR