Gözmuncuğu, üzərlik, at nalı və bu kimi başqa vasitələrdən istifadə etmək günahdırmı?

Gözmuncuğu, üzərlik, at nalı və bu kimi başqa vasitələrdən istifadə etmək günahdırmı?
23:52 16 Sentyabr 2019
128 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu kimi vasitələrin İslamla heç bir əlaqəsi yoxdur. Bunlar adətən, milli təfəkkürdən yaranmış inanclardır. Məsələn, qədim türklər atı uğurlu heyvan hesab edir və at nalının uğur gətirəcəyinə inanırdılar. Gözmuncuğu və qaratikanın bədbəxtliyi və nəzəri zərərsizləşdirməsi barədə fikirlərin əsası yoxdur. İslam Peyğəmbəri kiçik olarkən süd anası Həlimə xatun Onun boynuna gözmuncuğu asmaq istəyəndə, o həzrət qəti etiraz edib mane olmuşdu. Bəzi məlumatlarda üzərlik və buxur ətrinin insana psixoloji rahatlıq gətirdiyi bildirilir, amma bu da dini yox, sırf tibbi və psixoloji məsələdir.

illi.Az islam.az-a istinadən bildirir ki, bunu da qeyd edək ki, bəzi radikal düşüncəli insanlar gözmuncuğu və s.-dən istifadə edənləri şirkdə ittiham edib onlara müşrik deyirlər. Bu cür münasibət bəyənilməzdir. Çünki bu vasitələrdən istifadə edənlərin heç biri onları Allaha şərik tutmaq niyyətində deyil və bu kimi şeylər daha çox adət-ənənə xarakteri qazanıb. Ona görə də bunların mənasız və əsassız olduğunu insanlara xoşluqla başa salmaq və uzaqlaşdırmaq lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR