Kürdəmirdə yük maşını piyada qadını vurub

Kürdəmirdə yük maşını piyada qadını vurub
00:17 17 Sentyabr 2019
139 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı -Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Kürdəmirdə məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün 1981-ci təvəllüdlü Səlimova Gülnaz Muğan qızı yolu keçmək istəyərkən onu yük maşını vurub.
Ağır bədən xəsarətləri alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-yuk-masini-piyada-qadini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR