Qaxda ağır qəza, nənə və 9 yaşlı nəvəsi xəsarət alıb

Qaxda ağır qəza, nənə və 9 yaşlı nəvəsi xəsarət alıb
01:32 17 Sentyabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Qax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayon sakininin idarə etdiyi “TT-348-HH” Gürcüstan dövlət qeydiyyat nişanlı "Mercedes"markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Qax rayon sakini Elvin Osmanovun idarə etdiyi “VAZ-21099" markalı avtomobili arxadan vurub.
Nəticədə "VAZ"da olan sürücünün anası 51 yaşlı Bəsti Osmanova və onun nəvəsi 9 yaşlı Nurlan Osmanlı müxtəlif bədən xəsarətləri alıblar. Onlar Qax rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qaxda-agir-qeza-nene-ve-9-yasli-nevesi-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR