İmam Hüseynə (ə) beyət etməyi təsdiq edən Quran ayəsi

İmam Hüseynə (ə) beyət etməyi təsdiq edən Quran ayəsi
07:52 17 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

İmam Hüseynə (ə) beyət etmənin İlahi buyuruş olmasını Qurani-Kərim öz ayələrinin birində təsdiq etmişdir ki, bu ayə "Fəth" surəsinin 10-cu ayəsidir.

"Həqiqətən sənə beyət edənlər əslində Allaha beyət edirlər. (Sənin) onların əlinin üstündə olan (əlin) Allahın əlidir. Buna görə də kim əhdi pozsa, yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə, (Allah) tezliklə ona böyük bir mükafat verəcəkdir". ("Fəth" 10).

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Allah Təala bu surədə İmamın (ə) dili ilə Kufə əhlinə səslənir və buyurur ki, Peyğəmbər (s) və İmamla (ə) beyət bağlamaq - əslində Allahla beyət bağlamaqdır. Ona əməl etməmək isə İlahi əhdə ziddir. Ardınca ağrılı əzablar gətirər.

İlahi qəzaya təslim olmaq - İmam Hüseyn (ə) qiyamının əsil hədəflərindən biri idi. Səhabələr İmamın (ə) dilindən dəfələrlə eşitmişdilər ki, hər bir insan axır-əvvəl öləcəkdir. Necə də gözəl olardı ki, bu ölüm Allah yolunda şəhadət olsun.

Bu qiyam sayəsində haqla batil bir-birindən ayrıldı. İmamın (ə) səhabələri bir-bir şəhid olduqca, o Həzrət (ə) Quranın bu ayəsini oxuyardı. Bu yolla hər bir çətinlikdən Allaha pənah apardığını bildirərdi.

İmam (ə) "Fəth" surəsinin bu ayəsinə istinad edərək, tövhid meydanında mərifətin zirvəsinə qalxdığını bir daha sübut etdi. Bu ayə haqq tərəfdarı olanların və ürfan vadisinin saliklərinin şüarıdır. Onlar nə zaman müsibət və bəla ilə qarşılaşsalar, bu ayəni tilavət edərlər. Allahın sonsuz rəhmət dənizinə pənah apararlar.

Allah Təala Məsumlara (ə) İlahi səbir əta etmişdir. "O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə "həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq" deyərlər". ("Bəqərə" 156).

Dünya bizim üçün həmişəlik qalacağımız məkan deyildir. Biz müsafir kimiyik. Başımıza gələn müsibətlər isə ruhumuzu gücləndirən amillərdir. Bu həyat dərsini bizə İmam Hüseyn (ə) öz qiyamı sayəsində öyrətmişdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR