İran daha bir tankeri ələ keçirdi - Gərginlik artır

Bəsrə körfəzində yeni bir neft tankeri gərginliyi yaşanıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, İran bir neft tankerinə əl qoyub. Bu barədə İranın rəsmi xəbər agentliyi olan "İSNA" məlumat yayıb.

Məlumatda bildirilir ki, İran İnqilab Gözətçiləri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qaçaq yanacaq daşıdığı səbəbi ilə tankeri saxlayıb. Hansı ölkəyə aid olduğu haqqında məlumat verilməyən tanker Hürmüzgana aparılıb. Həmçinin, tankerdəki 11 nəfərlik heyət də saxlanılıb.

Qeyd edək ki, bu iyulun 4-də İngiltərə İrana aid bur tankeri Cəbəllütariqdə ələ keçirmiş, bu hadisədən sonra Bəsrə və Hürmüz boğazlarında gərginlik artmışdı.

İran əvvəlcə 13 iyulda Panamaya aid tankeri, daha sonra 31 iyulda hansı ölkəyə aid olduğu açıqlanmayan bir tankeri saxlamışdı. Bundan əlavə, iyulun 19-da "Steno İmpero" adlı bir ingilis tankeri də İran İnqilab Gözətçiləri tərəfindən 23 nəfərlik gəmi heyəti ilə bərabər saxlanılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR