Məhsullar işığa görə rəngini və dizaynını dəyişə biləcək - Texnoloji yenilik

Massaçusets Texnologiya İnsitutu (MİT) işıq şüalarında rəngi və dizaynı dəyişdirəcək proqramlaşdırıla bilən boya üzərində çalışma aparır.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu boya sprey və ya boyama üsulu ilə tətbiq ediləcək. 1990-ci illərdə "Hiperkolor" şirkəti istilik ilə rəng dəyişdirən məhsullar istehsal etmişdi. MİT-in Kompüter Elmləri və Süni İntellekt Laboratoriyası (CSAİL) nəsnələrin ultrabənövşəyi və görülən işıq qaynaqlarında rəng və dizayn dəyişdirən maddə boya üzərində çalışır. MİT-in üzərində çalışdığı bu boyaya "PhotoChromeleon" adı verilib. Bu boya fotoxromik rənglər qarışığından ibarətdir.

MİT-in araşdırmaçıları tərəfindən bu boya avtomibil, telefon, ayaqqabı və buqələmun oyuncağına tətbiq ediıib bə yoxlanılıb. Sınaqlara görə bu boya istənildiyi kimi rəng dəyişdirə və yenidən ilk halına qayıda bilir.

CSAİL-de araşdırmaçı olan və yenidən proqramlaşdırıla bilən boya ilə bağlı məqalənin baş yazarı olan Cuhua Cin bildirib ki, bu boya nəticəsində istehsalın verimliliyi artacaq və ümumi tuılantı miqdarı azalacaq. Cuhua Cinə görə bu çalışma nəticəsində artıq alıcılar eyni məhsulun fərqli rənglərini və stillərini almadan, eyni məhsulu istifadə etməyə davam edə biləcəklər.

Sözügedən araşdırma hal-hazırda isbat mərhələsində olsa da, artıq böyük şirkətlərin diqqətini cəld etməyi bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR