“İsti qarşılanmaya görə çox sağ olun” - Rusiya gözəli Bakıda - FOTO

“İsti qarşılanmaya görə çox sağ olun” - Rusiya gözəli Bakıda - FOTO
09:32 17 Sentyabr 2019
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiya aparıcı, fotomodel və bloqqeri, "Miss Rusiya 2003" titulunun sahibi, 2018-ci il dünya çempionatının səfiri Viktoriya Lopıryova ötən həftəsonunu Azərbaycanın paxtaxtında keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında bildirib.

"Bakıya xoş gəlmişsiniz! Əsrlərdən keçib gələn gözəllik və inanılmaz həyat eşqi - bu qonaqpərvər xalqın fərqli cəhətidir! Belə isti qarşılanmaya görə çox sağ olun", - V. Lopıryova İnstaqram-da qeyd edib.

Aparıcının paylaşımlarından onun Bakıya qardaşının doğum gününə gəldiyi məlum olub. Bununla o, doğmasına böyük sürpriz edib.

Bakıda olan V. Lopıryova İçərişəhərdə gəzməyi və Azərbaycan mətbəxinin təamlarının dadına baxmağı da çatdırıb. Məsələn, model səhər yeməyində verilən pomidorla yumurtanı "klassika" adlandırıb.

Qeyd edək ki, bu, V. Lopıryovanın Bakıya ilk səfəri deyil. O, daha əvvəl, 2003-cü ilin yayında Azərbaycanın payxtatında qonaq olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/786693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR