Azərbaycan qadın güləşçisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Azərbaycan qadın güləşçisi dünya çempionatına məğlubiyyətlə başlayıb
09:37 17 Sentyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan qadın güləşçisi Türkan Nəsirova Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatına məğlubiyyətlə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 53 kq çəki dərəcəsindəki 27 yaşlı idmançı ilk görüşdəcə almaniyalı Nina Hemmerə vaxtından əvvəl uduzub - 11:0.

*** 09:14
Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayacaqlar.
"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan 50 kq və 53 kq çəki dərəcələrində təmsil olunacaq. Ən aşağı çəkidə dünya və 7 qat Avropa çempionu, Avropa Oyunlarının 2 qat qalibi Mariya Stadnik çıxış edəcək. Onun ilk rəqibi 2015-ci il Afrika Oyunlarının qalibi Mersi Cenezis olacaq. Təsnifat mərhələsinə təsadüf edən görüşün qalibi 1/8 finala yüksələcək.
Gənclər arasında dünya çempionu Türkan Nəsirova da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, 1/8 finala vəsiqə uğrunda görüşdə Avropa çempionatlarının mükafatçısı Nina Hemmerlə üz-üzə gələcək.
2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün yarımfinaladək və ya bürünc medal görüşünədək irəliləmək lazımdır.
Dünya çempionatı
17 sentyabr
50 kq
Təsnifat mərhələsi. Mariya Stadnik - Mersi Cenezis (Nigeriya)
53 kq
Təsnifat mərhələsi. Türkan Nəsirova - Nina Hemmer (Almaniya)
Qeyd edək ki, daha əvvəl Azərbaycan yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar. Olimpiya çəkilərində "Tokio 2020"yə lisenziya qazana bilməyən Şaban Donatın baş məşqçi olduğu komandadan Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medalla kifayətlənib.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/nur-sultandaki-dunya-cempionatinda-bu-gun-qadin-gulesciler-mubarizeye

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR