İsraildə ölkə tarixində ilk təkrar parlament seçkiləri keçirilir

İsraildə ölkə tarixində ilk təkrar parlament seçkiləri keçirilir
09:57 17 Sentyabr 2019
42 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün yerli vaxtla saat 07:00-da İsrail tarixində ilk təkrar parlament seçkisi məqsədi ilə seçki məntəqələri açılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, seçkinin nəticələri əsasında 22-ci çağırış Knessetinin tərkibi müəyyənləşəcək, eləcə də hökumət koalisiyası yaradılmalı və baş nazir təyin olunmalıdır.
Ümumilikdə ölkə ərazisində 10,5 minə yaxın seçki məntəqəsi təşkil edilib. Hesablamalara görə, İsraildə bu seçkilərdə 6,3 milyondan çox insan səs verəcək.
Qeyd edək ki, İsraildə təkrar seçkilər baş nazir Binyamin Netanyahunun aprelin 9-dakı səsvermədən sonra qanunla ona ayrılmış 42 gün ərzində Knessetin 21-ci çağırışının 120 yerdən minimum 61-nə nəzarət edəcək koalisiya yaradılması ilə bağlı razılıq əldə edə bilməməsi səbəbilə keçirilir. Nəticədə hökumət başçısı ali qanunverici orqanın buraxılması barədə qanunun təşəbbüskarı kimi çıxış edib və onun parlament vasitəsilə təsdiqlənməsini təşkil edib. Elə həmin gün - sentyabrın 17-də təkrar seçkilər təyin edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-srailde-olke-tarixinde-ilk-tekrar-parlament-seckileri-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR