Bu il Türkiyədə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iki birgə təlimi keçiriləcək

Bu il Türkiyədə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iki birgə təlimi keçiriləcək
13:27 16 Yanvar 2015
100 Sosial
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 13:24 ]

Bakı. Rəşad Süleymanov – APA. Bu il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Türkiyədə iki hərbi təlim keçiriləcək.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

«İşıq-2015» və «Anadolu Qartalı-2015» təlimlərində iki ölkənin hərbçilərinin birgə əməliyyatlar keçirmə imkanları artırılacaq.

 

Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Türkiyə Silahlı Qüvvələrində keçiriləcək milli təlimlərə də qatılacaqlar.

 

Qeyd edək ki, 2013-cü ilin iyul ayında Bakı və Naxçıvanda, 2014-cü ilin fevral ayında Qars (Türkiyə) bölgəsində Azərbaycan-Türkiyə Birgə səhra təlimi, 2014-cü ilin sentyabr-oktyabr aylarında isə ilk dəfə Azərbaycanda Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin təlimi keçirilib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR