Göyçayda dəhşət: oğul 79 yaşlı atasını ölümcül bıçaqladı

Göyçayda dəhşət: oğul 79 yaşlı atasını ölümcül bıçaqladı
11:05 17 Sentyabr 2019
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki evlərdən birində qeydə alınıb.

Göyçay rayon sakini - 1941-ci il təvəllüdlü Məmmədov Aydın oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində oğul atasına bir neçə bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib.

Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən A.Məmmədovun vəziyyəti kritik qiymətləndirilir.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/786731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR