“Əsrin müqaviləsi” beynəlxalq arenada bizə töhfə verən bir hadisə oldu - Hikmət Hacıyev

“Əsrin müqaviləsi” beynəlxalq arenada bizə töhfə verən bir hadisə oldu - Hikmət Hacıyev
11:13 17 Sentyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Əsrin müqaviləsinin imzalanmasından artıq 25 il keçir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası əsasında çətin bir geosiyasi dövrdə ölkəmizin üzləşdiyi təhlükə və təhdidlərin fonunda bu müqavilə imzalandı. Azərbaycan enerji diplomatiyasının əsasını qoydu.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) keçirilən “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminarda deyib. “Bu müqavilədən sonra yeni bir neft erası başladı və Azərbaycan xalqı neftin mənfəətini gördüı. Buna görə də 25 illik bu dövrə baxdıqda bir daha şahidi oluruq ki, Azərbaycanın həyata keçirdiyi enerji strategiyası ölkəmizin müstəqilliyinin, iqtisadi inkişafının təməli olmaqla yanaşı, beynəlxalq arenada bizə töhfə verən bir hadisə oldu”, – o bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/290462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR