Gürcüstanda respondentlərin 63%-i ölkənin iqtisadi durumunu mənfi qiymətləndirib

Gürcüstanda respondentlərin 63%-i ölkənin iqtisadi durumunu mənfi qiymətləndirib
12:47 17 Sentyabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda rəyi soruşulanların böyük əksəriyyəti ölkənin iqtisadi vəziyyətinin pis olduğunu hesab edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.
Respondentlərin 63%- iqtisadi vəziyyəti “pis”, 4%-i isə “müsbət” qiymətləndirib. Sorğuda iştirak edənlərin 31%-i isə iqtisadi durumun dəyişmədiyini bildirib.
Rəyi soruşulanların 48%-i turizmi, 31%-i kənd təsərrüfatı, 6%-i isə istehsal və sənayeni Gürcüstan iqtisadiyyatının ən güclü sahəsi adlandırıb.
Qeyd edək ki, NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək 2 131 respondent arasında keçirib.


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-respondentlerin-63-i-olkenin-iqtisadi-durumunu-menfi-qiy

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR