"Qurban Qurbanovu yerli Zidan saymaq olar" -

"Qurban Qurbanovu yerli Zidan saymaq olar" -
13:57 17 Sentyabr 2019
102 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın sabiq futbolçusu Əlhərbi Əl Jadeyaui karyerasını başa vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi  Fransa mətbuatına açıqlamasında deyib.

O, sabiq klubu  "Qarabağ" haqda da danışıb: "Çoxları "Qarabağ"da nə edəcəyimi düşünürdü. Amma ora ən yaxşısı idi. Paltardəyişmə otağına girirsən, hər şey hazırdır, hətta geyinəcəyin butslar da. Ora inkişaf etdiyim ən böyük klubdur. Baş məşqçi Qurban Qurbanovdur. Onu yerli Zidan saymaq olar. Az qala stadionda yatırdı. Çox istəkli idi. Taktiki və texniki cəhətdən mənə çox şey öyrətdi. İnsanlar bu klubun Çempionlar Liqası və Avropa Liqasında daim iştirak etdiyini unudurlar".

Qeyd edək ki, Əl Jadeyaui 2015/16 mövsümündə "Qarabağ"da çıxış edib.  Onun son klubu "Qrenobl" (Fransa) olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/786784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR