Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Hyuston Universiteti arasında üçtərəfli saziş imzalanıb

13:28 16 Yanvar 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, İbrahim Əsədov, AzərTAc 
Yanvarın 16-da ABŞ-ın Hyuston Universitetinin rektoru Renu Xatur və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun rəhbərlik etdikləri nümayəndə heyətləri Bakı Dövlət Universitetində (BDU) olublar.
AzərTAc xəbər verir ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib.
Sonra Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Hyuston Universiteti arasında üçtərəfli saziş imzalanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Dovlet_Universiteti_Baki_Ali_Neft_Mektebi_ve_Hyuston_Universiteti_arasinda_uchterefli_sazis_imzalanib-825245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR