İranda silahlı insident - Polis öldü

İranda silahlı insident - Polis öldü
14:36 17 Sentyabr 2019
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonunda polis məmurları ilə naməlum silahlılar arasında insident baş verib.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonu prokuroru Möhsün Qolməhəmmədi deyib.

M.Qolməhəmmədinin sözlərinə görə, silahlı insident nəticəsində polis zabiti həlak olub, daha 3 polis yaralanıb.

Silahlılar avtomobillə hadisə yerindən qaçıblar.

Prokuror onların yaxalanması üçün axtarışların davam etdiyini deyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3119684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR