Gürcüstanda turistlərə qarşı soyğunçuluq edən cinayətkar qrup saxlanılıb

Gürcüstanda turistlərə qarşı soyğunçuluq edən cinayətkar qrup saxlanılıb
14:52 17 Sentyabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Batumi şəhərində əcnəbi turistlərdən hədə-qorxu gəlməklə pul tələb edən 4 nəfərdən ibarət cinayətkar qrup saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılan şəxslərin Batumidə klublardan birində çalışdığı müəyyən olunub. Həmin şəxslər 4 əcnəbi vətəndaşı ölümlə hədələyərək onlardan 2 580 türk lirəsi və 400 lari məbləğində pul alıblar.
Faktla bağlı istintaq aparılır. 
Saxlanılan şəxsləri 4 ildən 7 ilədək həbs cəzası gözləyir. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-turistlere-qarsi-soygunculuq-eden-cinayetkar-qrup-saxlani

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR