Qadın güləşçimiz beşinci dəfə dünya çempionatının finalına çıxdı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 50 kq çəki dərəcəsində dünya çempionatının finalına çıxıb.

Metbuat.az xəbər verir ki, o, çinli rəqibinə 6:4 hesabı ilə qalib gələrək yenə həlledici görüşdə mübarizə aparmaq hüququ əldə edib.

Onun finaldakı rəqibi yerli idmançı olacaq. Stadnikin qazaxıstanlı Valentina İslamova ilə görüşü sabah keçiriləcək.

Qeyd edək ki, Mariya Stadnik artıq bir dəfə – 2009-cu ildə dünya çempionu olub. O bundan sonra üç dəfə dünya çempionatının finalında uduzub. Stadniki üç dəfə fərqli-fərqli yapon güləşçilər qızıl medaldan məhrum edib.

12:23

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan 2020 Tokio Olimpiadasına ilk vəsiqəni əldə edib.

Oxu.Az xəbər verir ki, qadınlar arasında 50 kq çəki dərəcəsində yarışan təmsilçimiz Mariya Stadnik nigeriyalı (10:0), hindistanlı (9:2) və rusiyalı idmançıları (11:0) məğlub edərək yarımfinala çıxıb.

Onun yarımfinaldakı rəqibi çinli Yanan Sun olacaq. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 14:45-dən sonra başlayacaq.

Qeyd edək ki, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Stadnik medal qazanmasa belə, artıq yarımfinala çıxmaqla olimpiadaya bu çəkidən vəsiqə qazanan altı idmançı arasına düşüb.

Onu da bildirək ki, olimpiya çəkisində yunan-Roma güləşçilərimizdən heç biri yarımfinala çıxmadığından, Mariya ilk vəsiqəni təmin edən idmançımız olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR