Qaxda yol qəzasında 3 nəfər ağır yaralandı

Qaxda yol qəzasında 3 nəfər ağır yaralandı
15:43 17 Sentyabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Qaxda rayonunda baş verən yol nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan 32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda yaralıların müalicəsi davam edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3119857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR