Əhaliyə maaş və pensiyalarla bağlı ŞAD XƏBƏR: Gələn il...

Əhaliyə maaş və pensiyalarla bağlı ŞAD XƏBƏR: Gələn il...
15:58 17 Sentyabr 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

“Neftin dünya bazar qiymətləri bu il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri baxımından əlverişlidir”.

Publika.az xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspert bildirib ki, ilin başa çatmasına 3 aydan çox vaxt qalmasına baxmayaraq, proseslər göstərir ki, ilin sonunadək də neftin dünya bazar qiymətlərinin səviyyəsi bizim üçün sərfəli həddə qalmaqda davam edəcək: “Növbəti ilin dövlət büdcəsi lahiyəsində də neftin dünya bazar qiymətlərinin səviyyəsinin 55 ABŞ dolları həddində götürülməsi lap sevindirici oldu. O mənada ki, bu qiymət cari ildəkindən 5 dollar aşağıdır. Bu il sözügedən qiymət səviyyəsi 60 dollar götürülmüşdü. Dünya bazarlarında faktiki hədd isə demək olar, həmişə bundan yuxarı olub. Belə ki, ilin birinci yarısında Azərbaycan neftinin dünya bazar qiymətlərinin orta səviyyəsi 65 ABŞ dolları həddində qeydə alınıb. Növbəti il ərzində, yəni 2020-ci ildə isə qiymət heç də bundan aşağı olmayacaq. Odur ki, növbəti ilin büdcə lahiyəsində sözügedən həddin cari ildəkindən bir az da aşağı səviyyədə götürülməsi olduqca müsbət yanaşmadır, mövqedir. Və bu, cari ilin başlanğıcından etibarən həyata keçirilməyə başlanılan genişmiqyaslı sosial paketin icrasının gələn il də uğurla davam etdiriləcəyinə əlavə zəmanət deməkdir”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/290495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR