FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş - FOTO

FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş - FOTO
16:18 17 Sentyabr 2019
92 İdman
Ölkə mətbuatı
A- A+

Sentyabrın 13-14-də Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə gənclər arasında “Vl Koreya Səfri Kuboku” yarışları keçirilib.

Yarışlarda Bakı, Sumqayıt və Respublikanın müxtəlif bölgələrindən 15 komandadan 100-dən artıq idmançı mübarizəyə qatılıb.

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin komandası yarışlarda mərkəzin fiziki hazırlıq şöbəsinin inspektoru Avropa çempionu Elvin Məmmədov rəhbərliyi altında iştirak edib. Yarışlarda uğurlu çıxış edən Mərkəzin taekvondoçusu Eltac Qafarov 68-kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Mərkəzin rəisi polkovnik Füzuli Musayev idmançı və məşqçisini qəbul edərək onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/290497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR